2016-09-16

Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2016-cı il tarixli “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi – referendum” keçirilməsinə dair sərəncamı ilə bağlı cari ilin 26 sentyabr tarixində ümumxalq səsverməsi (referendum) keçiriləcəkdir.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Seçki kodeksinin 2.3 bəndinə uyğun olaraq, Moldova Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində, Kişineu şəhərində 26.09.2016-cı ildə saat 08-00-dan  20-00-dək seçki məntəqəsi fəaliyyət göstərəcəkdir.  

Arxiv üzrə axtarış