2016-12-29
2016-cı ilin dekabr ayının 29-da Azərbaycan Respublikasının Moldova Respublikasında səfiri Qüdsi Osmanov Moldova Respublikasının Prezidenti İqor Dodon ilə onun dəvəti ilə görüş keçirmişdir.
Görüş zamanı tərəflər Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dost münasibətinin olduğu vurğulandı və ölkələrimiz arasında bütün sahələrdə müsbət inkişaf dinamikası müşahidə olunduğu qeyd olundu. Bu münasibətlərin daha da dərinləşib inkişaf etməsi üçün yeni şərait və potensialların yaradılması müzakirə olundu.