2-4 mart tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində Moldova Respublikası Elmlər Akademiyasında "Ekoloji kimya və ətraf mühitin kimyası -2017" adlı beynəlxalq konfrans keçirilmişdir.
2-4 mart tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində Moldova Respublikası Elmlər Akademiyasında "Ekoloji kimya və ətraf mühitin kimyası -2017" adlı beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə dünyanın 22 ölkəsindən 300 nəfərə yaxın aparıcı tədqiqat mərkəzlərinin alimləri və nümayəndələri iştirak etmişdirlər. 10 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Azərbaycan Respublikasının ayrı-ayrı elmi-təhqiqat universitetlərini təqdim edirdi.
Konfransda ətraf mühitin qorunması və bu sahədə əldə olunan son elmi nailiyyətlər, suyun, havanın, torpağın çırklənməsi nəticəsində baş verən fiziki-kimyəvi və biokimyəvi dəyişiklərin insan sağlamlığına və ətraf mühitə təsiri və bu sahə üzrə digər elmi məsələr müzakirə olmuşdur.
Azərbaycan nümayəndə həyətinin rəhbəri - Azərbaycan Milli elmlər akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycan Milli elmlər akademiyasının prezidenti Akif Əlizadənin Moldova Elmlər akademiyasının prezidenti Qeorqi Dukaya ünvanlanmış təbrik məktubunu iştirakçılara çatdırdı. Həmçinin, konfransda Qara Dəniz İqtisadi əməkdaşlıq təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev mövzu ilə bağlı çıxış etdi.
Konfrans Moldova Respublikasının YUNESKO üzrə milli komissiyası, MDB üzv-ölkələrinin humanitar əməkdaşlıq üzrə beynəlxalq fondu və Moldova Elmlər akademiyasının təşkilatçılığı ilə 1995-ci ildən keçirilir.
Azərbaycan nümayəndə heyətinin üzvləri ilə Səfir Qüdsi Osmanov və Moldova Azərbaycan Konqresinin sədri Vüqar Novruzov görüş keçirmişdirlər və onlara fəal iştiraklarına görə təşəkkürlərini bildirmişdirlər.