Cari ilin 21-23 iyun tarixlərində Moldova Respublikasının Prezidenti cənab İqor Dodon Azərbaycan Respublikasına rəsmi səfər etmişdir
Cari ilin 21-23 iyun tarixlərində Moldova Respublikasının Prezidenti cənab İqor Dodon Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı Prezidenti yaxın ətrafı ilə yanaşı, Qaqzuziya Muxtar Vilayətinin başkanı İrina Vlax , həmçinin sosialist partiyasının sədri Zinaida Qreçani də müşayiət etmişlər. Səfər zamanı Prezident Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev, Milli Məclisin sədri Oktay Əsədov və Nazirlər Kabinetinin sədri Artur Rasizadə ilə görüşmüşdür. Səfər çərçivəsində İrina Vlaxın təşəbbüsü ilə Azərbaycan Respublikasının Birinci xanımı və Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ilə görüş olmuş, Zinaida Qreçaninin də təşəbbüsü ilə Azərbaycan Respublikasının hakim iqtidar partiyası-Yeni Azərbaycn Partiyasının rəsmisi Partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri xanım Sevinc Fətəliyeva ilə görüş keçirilmiş və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir.