Moldova Azərbaycanla Avropaya interasiya sahəsindəki təcrübəsini bölüşəcək
Moldova və Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq imkanlarını və Avropaya inteqrasiya sahəsində gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçirirlər. Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin məlumatına görə, bu məsələləri Bakıda dövlət katibi Daniel Morar və Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd- Qquliyev müzakirə ediblər.Tərəflər, Avropaya inteqrasiyanın müxtəlif sahələrində, o cümlədən AB ilə viza rejiminin liberallaşdırılması prosesində Moldova təcrübəsinin öyrənilməsi imkanlarını müzakirə ediblər. Bu baxımdan Dainiel Morar ölkəsinin bu təcrübəni paylaşmağa hazır olduğunu təsdiqlədi.Rəsmilər həmçinin, ölkələrimiz arasında ticarət-iqtisadi və enerji sahəsində də əməkdaşlıq məsələlərini müzakirə etdilər. Eyni zamanda, əsas diqqət beynəlxalq və regional təşkilatlarda, məs: Demokratiya və İqtisadi İnkişaf Təşkilatı (GUAM) çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirilmişdir.