2018-09-28
Sentyabrın 27-28-də Moldova parlamentində GUAM Parlament Assambleyasının 11-ci sessiyası keçirilmişdir.sessiyada Azərbaycan, Ukrayna, Moldova və Gürcüstan parlamentinin nümayəndələri ilə yanaşı, Baltik Assambleyanın üzvləri də iştirak etmişlər. Sessiyada Azərbaycanı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, Əli Məsimli, Rüstəm Mahmudov və Kənan Axundov təmsil etmişlər.
Sentyabrın 27-də GUAM PA-nın və Baltik Assambleyanın Rəyasət Heyətinin büro və komissiya iclasları keçiriləcək. Sentyabrın 28-də isə GUAM PA-nın sessiyasının rəsmi açılışı olmuşdur.
Rəsmi açılışda Azərbaycan parlamentinin nümayəndə heyətinin rəhbəri Azər Kərimli də çıxış edəcək. Sessiyanın sonunda sənəd qəbul edilmişdir.