2018-11-22

Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları artıb

Cari ilin 10 ayında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 4 milyon 797 min dollardan çox olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yarım milyon dollardan çoxdur.

Bu barədə AZƏRTAC-a Moldova Respublikasının Milli Statistika Bürosundan məlumat verilib.

Məlumata görə, hesabat dövründə Azərbaycan Moldovadan 4 milyon 395 min 23 dollardan çox dəyərdə məhsul idxal edib. Azərbaycandan Moldovaya isə 402 min 57 dollara yaxın dəyərdə məhsul ixrac olunub.

Arxiv üzrə axtarış