Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində Ümumilli Lider Heydər Əliyevin vəfatının 15 illiyinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində Ümumilli Lider Heydər Əliyevin vəfatının 15 illiyinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Tədbirdə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, konqresin nümayəndələri, Moldovada yaşayan azərbaycanlılar və təhsil alan Azərbaycanlı tələbələr iştirak etmişlər. İlk öncə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra çıxış edən Səfirliyin əməkdaşları Ulu Öndərin keşməkeşli, bir o qədər də şərəfli ömür yolundan, həyata keçirdiyi layihələrdən (Bakı-Tbilisi-Ceyhan və.s), bütövlükdə Azərbaycan Respublikası və Azərbaycan xalqı üçün gördüyü işlərdən, bu gün dünyada Azərbaycanın nüfuzlu, beynəlxalq arenada tam hüquqlu iştirakçı kimi öz sözünü deməsində böyük rolundan ətraflı danışmış, əsası Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün uğurla onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd etmişdir.
Mərasimdə çıxış edən Vüqar Novruzov Heydər Əliyevin həyat və yaradıcılığından, Azərbaycanın bütün dünyada tanıdılması istiqamətində apardığı gərgin mübarizədən və gördüyü işlərdən, həmçinin Ulu Öndərin təkcə Azərbaycanda yaşayan azərbaycanlıların deyil, eləcə də xaricdə yaşayan azərbaycanlıların qayğısına qalıb, onların ən böyük mühafizəçisi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra iştirakçılar ulu öndər Heydər Əliyevin Səfirlikdə ucaldılan büstü önünə çiçək və əklillər qoymuşlar və onlara Ümumilli Liderin həyat və yaradıcılığına həsr olunmuş video çarx nümayiş olunmuşdur.
Sonda Səfirlikdə Ümummilli Liderin xatirəsinə ehsan verilib.