2019-03-04

Beynəlxalq şərab Forumu (WineWin2019)

Cari ilin 27 fevral-01 mart tarixlərində Moldova Respublikasında kompaniya PRE SRL-nın təşkilatçılığı ilə Beynəlxalq şərab Forumu (WineWin2019) və “EURASİA WİNE& SPIRITS COMPETITION” (EAWSC) "Expovin Moldova-2019” XXVIII ixtisaslaşmış şərab sərgisi və şərab və spirtli içkilərin beynəlxalq dequstasiya müsabiqəsi keçirilmişdir. Konkursda dünyanın bir sıra ölkələrindən, həmçinin Azərbaycan Respublikasından “Gəncə şərab-2” Azad Səhmdar Cəmiyyətin idarə heyətinin sədr müavini və beynəlxalq dequstasiya komissiyasının üzvü Elbrus Əhmədov iştirak etmişdir. Konkursda Azərbaycan şərabı 3 qızıl medal qazanmışdır.

Arxiv üzrə axtarış