2019-05-20

ADMİU-nun tələbələri “ClassFest” teatr və kino məktəblərinin IX beynəlxalq festivalında

Moldovanın paytaxtı Kişineu şəhərində “ClassFest” teatr və kino məktəblərinin IX beynəlxalq festivalı keçirilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) AZƏRTAC-a bildirilib ki, festivalda kino və televiziya fakültəsinin müəllimi, Əməkdar incəsənət xadimi Ayaz Salayev və tələbələr Əzim Məmmədov, Hüseyn Həsənov, Rüstəm Sadıqlı iştirak ediblər.

Teatr və kino məktəblərinin IX beynəlxalq festivalında gənc müəlliflər müasir cəmiyyətin problemlərindən bəhs edən filmlər nümayiş etdiriblər. Gələcək kinorejissorlar, həmçinin seminarlarda iştirak edib, görkəmli aktyorlar və rejissorların ustad dərslərinə qatılıblar.

Qeyd edək ki, beynəlxalq festivalda Belarus, Almaniya, İtaliya, Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldova və digər ölkələrdən kino məktəblərinin nümayəndələri iştirak ediblər.

 

Arxiv üzrə axtarış