Moldova Respublikasının Prezidenti İqor Dodondan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı, sülh və
firavanlıq diləklərimi qəbul edin.
Bu əlamətdar tarix Sizin ölkənizin qazandığı hərtərəfli uğurları, Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun inamla
yüksəlməsini qeyd etmək üçün xoş bir fürsətdir.
Əminəm ki, dövlətlərarası konstruktiv dialoqun inkişafı və birgə layihələrin ardıcıl reallaşdırılması ikitərəfli əlaqələrimizi
zənginləşdirəcək və qarşılıqlı faydalı Moldova-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün yeni perspektivlər açacaq.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının firavanlığı naminə yeni nailiyyətlər
diləyir, Zati-alinizə böyük ehtiramıma əmin olmağınızı xahiş edirəm.
Hörmətlə,
İqor Dodon
Moldova Respublikasının Prezidenti
İqor Dodon
Moldova Respublikasının Prezidenti