2019-07-15

Avroliqa: "Neftçi" Moldovanın "Speranta" komandasının qapısından üç cavabsız top keçirib

İyulun 11-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində paytaxtın "Neftçi" komandası səfərdə Moldovanın

"Speranta" klubu ilə qarşılaşıb.

 "Zimbru" stadionunda keçirilən oyun paytaxt komandasının 3:0 hesablı qalibiyyəti ilə başa çatıb.

İlk dəqiqələrdən irəli atılan "ağ-qaralar" rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Nəhayət matçın 16-cı dəqiqəsində "Neftçi" hesabı açıb. Rauf Əliyevə qarşı kobud oyuna görə meydan sahiblərinin qapısına penalti zərbəsi təyin olunub.

Emin Mahmudov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib - 1:0.

Bu epizodda Moldova təmsilçisinin heyətində İçaka Tiehi sarı vərəqə ilə cəzalandırılıb. İyirmi doqquzuncu dəqiqədə Dario Frederikonun zərbəsindən sonra top qapı tirinə dəyərək meydana geri

qayıdıb. Flaqmanın üstünlüyü ilə keçən oyunun 36-cı dəqiqəsində Dario Frederikonun ötürməsindən sonra Stiven-Jozef Monroz

hesab arasındakı fərqi iki topa çatdırıb. İlk hissə "Neftçi"nin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissənin 50-ci dəqiqəsində Stiven-Jozef Monrozun zərbəsindən sonra top qapıdan aralı keçib. Bundan dörd dəqiqə sonra

 Emin Mahmudovun uzaq məsafədən zərbəsi qüvvətli alınsada, dəqiq olmayıb. 76-cı dəqiqədə meydana daxil olan Rəhman

 Hacıyev künc zərbəsi yaxınlığından gözəl qola imza atıb – 3:0.

Beləliklə, komandamız avrokuboklarda debüt edən rəqiblə ilk

 görüşdə böyük hesablı qələbə qazanıb.

Komandalar arasındakı cavab matçı iyulun 18-də "Bakcell Arena"da olacaq. Görüş saat 21:00-da başlanacaq.

 

Roberto Bordinin yetirmələri bu mərhələni keçəcəyi təqdirdə Rusiyanın "Arsenal" (Tula) komandası ilə qarşılaşacaq.

 

Arxiv üzrə axtarış