2019-07-26
Bu ilin altı ayında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb mətn
Cari ilin altı ayında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 2,2 milyon dolları ötüb. Bu barədə AZƏRTAC-a Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.Bildirilib ki, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri
2 milyon dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 253 min dollarlıq məhsul ixrac edilib.Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.