Moldovanın Qaqauziya Muxtar Ərazisinin rəhbərinə “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub
Azərbaycan Respublikasının Moldovadakı səfirliyində Qaqauziya Muxtar - Ərazi Birliyinin Başçisi İrina Vlaxa “Mənim Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis olunmuş “Azərbaycanin Dostu” Qızıl Ordeni təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Moldovadakı səfirliyində İrina Vlaxa Qızıl Ordeni “Mənim Azərbaycanım” beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirli təqdim etmişdir.
Baş redaktor Emil Nəsirli qeyd etmişdir ki, Azərbaycan ilə Qaqauziya arasındakı əlaqələr səmimi münasibətlərə əsaslanan tarixi keçmişə malikdir. Emil Nəsirli əlavə etmişdir ki, bu əlaqələrin əsası hələ Azərbaycanın məhrum Prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. “Sonrakı illərdə bizim münasibətlərimiz daha da genişləndi. Bu gün Azərbaycan və Qaqauziya iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində sıx əməkdaşlıq edirlər. Bundan əlavə, Azərbaycan rəhbərliyi tərəfindən Qaqauziyada həyata keçirilən sosial layihələri də xatırlatmaq lazımdır”.
Digər tərəfdən, Emil Nəsirli qeyd etmişdir ki, Azərbaycan diasporunun Moldova və Qaqauziyanın rəhbərliyi ilə həddən artıq yaxşı münasibətləri vardır:
“Azərbaycan diasporuna dəstək məqsədilə Qaqauziya dəfələrlə mədəniyyət evlərinin insan kütləsi ilə dolu zallarında Azərbaycandan təşrif buyurmuş yaradıcı kollektivləri qəbul etmişdir. Bu görüşlərə xas olan səmimi abu – hava bizim qədim qardaşlıq əlaqələrimiz və ötən yüzilliklərinin ümumi tarixi haqqında bəhs edir. Bizim xalqımız qardaş qaqauz xalqına minnətdardır və çox illik dostluq və dəstək nişanəsi olaraq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini Qaqauziyanın Şöhrət Xiyabanında qoyulmuşdur”
Jurnalın kollektivi sizin “Azərbaycanin Dostu” Qızıl Ordeni ilə təltif olunmağınızla bağlı çox şad olub, Azərbaycan – Qaqauz dostluğunun möhkəmləndirilməsi ilə bağlı fəaliyyətinizi yüksək qiymətləndirir» - deyə Emil Nəsirli qeyd etmişdir.
Jurnalın redaksiya heyətinin Fəxri Sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyinin direktoru Aureliya Qriqoriu, jurnalın redaksiya heyətinin Fəxri üzvü diplomunu İrina Vlaxa təqdim edərkən qeyd etdi ki, Moldova və Azərbaycan multimədəniyyət inkişafı yolu ilə irəliləyən ölkələrin parlaq nümunəsidir. Multikulturalizmin Bakı modeli “Mənim Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən də dəstəklənir və təbliğ edilir. 28 may 2017-ci ildə müsəlman Şərqində ilk parlament Respublikasının – Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi tama oldu. Bununla əlaqədar olaraq “Mənim Azərbaycanım” beynəlxalq jurnalının redaksiya heyətinin 28 may 2017-ci il tarixli qərarı ilə “Azərbaycanın ən yaxın 100 dostu” layihəsi başladılmışdır.
İctimaiyyətin rəy sorğularının nəticələri üzrə ölkələrin Prezidentlərinə, Azərbaycan xalqı ilə dostluğu dəstəkləyən və inkişaf etdirən görkəmli elm və ictimaiyyət xadimlərinə yüksək mükafatlar təqdim edilir. Siyasi xadim olmaqla İrina Vlax qaqauz xalqının dost Azərbaycan xalqı ilə münasibətlərinin inkişafı və dərinləşdirilməsinə ölçüyə gəlməz dəyərlikdə töhfəsini verir.
Təltifetmə mərasimində həmçinin diaspora üzrə həmkarları ilə birlikdə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov da iştirak etmişdir ki, o, Azərbaycanlıların Konqresinin Moldovadakı qaqauz xalqının muxtar təsisatı ilə çoxdan mövcud olan hərarətli və məhsuldar münasibətlərini qeyd etmişdir. Moldova Respublikasında milli azlıqlar üçün yaradılan hərtərəfli imkanlar sayəsində türk xalqlarından biri olan qaqauzlara özlərinin milli özünəməxsusluğunu, mədəniyyətini və tarixini qoruyub saxlamaq müyəssər olmuşdur. Qaqauzların mədəniyyət irsinin qorunub saxlanması və inkişaf etdirilməsində İrina Vlaxın da böyük xidmətləri vardır.
Qaqauziya Başçısı İrina Vlax mükafatı qəbul edərək vurğuladı ki, o, multikulturalizmin, qonşu xalqlar arasında isti və dostluq münasibətlərinin inkişaf etdirilməsinin fəal tərəfdarıdır, qardaş qaqauz və Azərbaycan xalqları arasında münasibətlərin inkişaf etdirilməsini isə təkcə müasir dövrün tələbi deyil, həm də həmin xalqların vahid türk köklərinə malik olması səbəbindən qəlbin hökmü hesab edir. Qaqauzların özünəməxsusluğunun, dil və mədəniyyətinin qorunub saxlanması xalqın özünün və bütövlükdə türk dünyasının qorunub saxlanması prosesində olduqca mühüm mərhələdir.
Qaqauziya Başçısı qaqauz xalqına verilən dəstəyə görə Azərbaycanın ünvanına təşəkkürlərini səsləndirdi. O, özünün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən parlaq təəssüratları, Azərbaycan Prezidentinin Moldovaya, o cümlədən Heydər Əliyev Fondunun investisiyaları hesabına tikilən böyük mədəniyyət mərkəzinin açılışı üçün Qaqauziyaya səfərini gözləmələri, bizləri birləşdirən tarixi köklər haqqında danışdı. Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi, səfir Qüdsi Osmanov, Moldova azərbaycanlılarının Konqresi ilə olan xüsusi xoş münasibətlər qeyd edildi, şəxsən sədr – Vüqar Novruzov tərəfindən həyata keçirilən əməkdaşlıq və dəstək vurğulandı.
Qaqauziya Muxtar - Ərazi Birliyinin Başçisi İrina Vlax qeyd etmişdir ki, Azərbaycan, Moldova və Qaqauziya tərəfindən birlikdə həyata keçirilən layihələr bizim əməkdaşlığımızın daha çox möhkəmləndirilməsinə xidmət edirlər.
Azərbaycan ilə Qaqauziya arasındakı dostluq münasibətlərinin inkişafında qarşılıqlı mənfəətli fəaliyyətə və iqtisadi, siyasi, humanitar, elmi və mədəni sahələrdə həyata keçirilən əməkdaşlığa görə təltif olunan Qaqauziya Muxtar - Ərazi Birliyinin Başçisi İrina Vlax “Mənim Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasına və kollektivə bu ordenlə təltif olunmaqla bağlı öz minnətdarlığını bildirmişdir.
“Mənim Azərbaycanım” jurnalının redaksiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nümayəndəliyi Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri Qüdsi Osmanova və Səfirliyin müşaviri Leyla Elmana minnətdarlıqlarını ifadə etdilər.