2019-10-09

Azərbaycanlı alim beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

Bakı, 8 oktyabr, AZƏRTAC

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini Qoşqar Məmmədov Moldova Respublikasının paytaxtı Kişineuda keçirilən “Şərqi Avropa qaratorpaqları - V.Dokuçayevdən 140 il sonra” beynəlxalq elmi konfransında iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın açılış mərasimi və sessiya iclasları Moldova Dövlət Universitetində keçirilib. Q.Məmmədov tədbirdə “Azərbaycan quru subtropiklərində gübrələmə sisteminin tərəvəz bitkilərinin məhsulu ilə qida elementlərinin aparılmasına təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, məruzə ilə bağlı sualları cavablandırıb.

Konfransın ikinci günü azərbaycanlı alim Moldovanın Torpaqşünaslıq Aqrokimya və Torpaq Mühafizəsi İnstitutunun “İvansea” təcrübə sahəsində adi qaratorpaqlarda və kənd təsərrüfatı əkin sahələrində tipik qaratorpaqlarda qoyulmuş kəsimlərin nümayişində və təsvirində iştirak edib. Tədbir faydalı əməkdaşlıq şəraitində başa çatıb.

Arxiv üzrə axtarış