2019-10-28

"Aleksey Botnarçuk-Keçmişlə gələcək arasında” adlı solo konsert

Cari ilin 25 oktyabr tarixində Moldova Respublikasında Kişineu şəhərində Milli Filarmoniyada Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi ilə dünya səviyyəli opera müğənnisi Aleksey Botnarçukun ifasında XX əsrin mahnılarına həsr edilmiş “Keçmişlə gələcək arasında” adlı solo konsert təşkil olunmuşdur. Konsertdə XX əsrin sevilən mahnıları professional LİVE BEAT musiqi kollektivinin müşayiəti ilə Aleksey Botnarçuk tərəfindən səsləndirilmişdir. Bunlar sırasında: Müslüm Maqomayev, Eduard Xilya, İosif Kabzon və digər Sovet ifaçılarının bəstələri yer almışdır.

Arxiv üzrə axtarış