2019-12-09

TRACECA Hökumətlərarası Komissiyanın XIV iclası keçirilmişdir

Dekabrın 5-6-da Bakıda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilmişdir.

Tədbirlərdə TRACECA-ya 13 üzv və 2 müşahidəçi ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Tədbirlərdə ötən dövrdə görülmüş işlər, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuş və Bakı Bəyannaməsi qəbul edilmişdir.

Qeyd edək ki, TRACECA – MDB-yə göstərilən texniki yardım (TASIS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Cənubi Qafqaz Respublikası) iştirakı ilə qəbul edilib.

Bildiririk ki, tədbirlərdə Moldova Respublikasının İqtisadiyyat və İnfrastruktura naziri Anatoliy Usatıy da iştirak etmişdir.

Arxiv üzrə axtarış