2021-11-10

Noyabrın 10-da Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun bu ölkənin xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ilə görüşü keçirilib

Görüşdə Moldova-Azərbaycan münasibətlərinin aktual məsələləri müzakirə olunub. Tərəflər siyasi dialoqun genişləndirilməsi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri müzakirə edib.

Bundan əlavə, görüşdə qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkili, ticarət dövriyyəsinin artırılması, sərmayə qoyuluşu və qarşılıqlı maraq doğuran digər sahələrdə hüquq bazanın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Arxiv üzrə axtarış