2021-12-06

Dekabrın 12-də saat 13.00-da Azərbaycanın Moldovadakı Səfirliyinin qarşısındakı bağçada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Ulu Öndərin büstü önünə gül dəstəsi qoyulacaq. Ünvan: Kişineu şəhəri, Koqalniçeanu küç., 64.

Nəzərinizə çatdırırıq ki, gün ərzində hər kəs Ulu Öndərin xatirəsini ehtiramla yad edə, büstün önünə gül dəstələri qoya bilər.

Əlaqədar şəxs: +37378991849 - Səfirin köməkçisi Əli Məmmədov

Arxiv üzrə axtarış