2021-12-07

Dekabrın 17-də Moldovada görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə silsilə tədbirlər keçiriləcək.

Saat 11.00-da Azərbaycan Səfirliyinin qarşısındakı bağçada Moldova Respublikasının rəsmilərinin iştirakı ilə dahi mütəfəkkirin barelyefinin açılışı olacaq.
Saat 12.00-da Moldova Respublikasının Milli Kitabxanasında konfrans, o cümlədən Nizami Gəncəvinin əsərlərinin yeni nəşrləri-kitablarının təqdimatı, kitabxananın fondundakı kitablar və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş kitablardan ibarət sərgi keçiriləcək. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Moldova Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə səfirliyimiz və Moldovanın Milli Kitabxanası tərəfindən təşkil olunur.
Tədbirdə Moldovanın tanınmış mədəniyyət xadimləri, Yazıçılar Birliyinin üzvləri, yazıçılar, ictimai xadimlər, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan icmasının üzvləri, Moldovanın aparıcı universitetlərinin tələbə təşkilatlatının nümayəndələri, həmçinin KİV nümayəndələri iştirak edəcək.

KİV-in akkreditasiyası üçün əlaqədar şəxs: +37378991849, Əli Məmmədov, Səfirin köməkçisi.

Arxiv üzrə axtarış