2022-02-15

Moldova Respublikası vətəndaşlarının diqqətinə!!!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 fevral tarixli 40 nömrəli Qərarına əsasən, Moldova Respublikası vətəndaşları hava yolu ilə Azərbaycana daxil ola bilərlər:

Bu zaman:

- yaşı 18-dən yuxarı olan şəxslər – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd;

- 1–18 yaş arasında olan şəxslər – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidir.

1 yaşdan aşağı olan uşaqlar üçün isə belə sənədlər tələb olunmur.

Arxiv üzrə axtarış