“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsinə dair
Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 9 dekabr 2022-ci il tarixli, 681-VIQD nömrəli Qanunu ilə “Dövlət rüsumu haqqında” Qanununda bir sıra dəyişikliklər edilmişdir.
Belə ki, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu dərəcələrini müəyyən edən Qanunun 18.518.-ci maddəsinə yeni bəndlər əlavə edilmişdir. Yeni dəyişikliklərə əsasən ölkəmizdə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərə müddəti 1 il 6 ay və 2 il olan əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi həyata keçirilə bilər.
Eyni zamanda, yeni dəyişikliklərə əsasən, 2023-cü ilin yanvarın 1-dən 5 il müddəti ərzində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və ya müddətinin uzadılması məsələsin baxılması 5 iş günü ərzində həyata keçiriləcəkdir.
Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 9 dekabr 2022-ci il tarixli, 681-VIQD nömrəli Qanun ilə ətraflı tanış olmaq üçün link: https://meclis.gov.az/documents/681-VIQD.pdf