2024-01-23

Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri etimadnaməsini Moldova Respublikasının Prezidentinə təqdim edib

Yanvarın 23-də Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Ülvi Baxşəliyev etimadnaməsini Moldova Respublikasının Prezidenti  Maya Sanduya təqdim edib.

Görüşdə hər iki tərəfin siyasi dialoqun, o cümlədən ticarət-iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduğu vurğulanıb. Tərəflər, həmçinin Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında əlaqələrin hazırkı səviyyəsi, həm ikitərəfli, həm də çoxtərəfli inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Dövlət başçısı səfiri təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

 

Arxiv üzrə axtarış