2024-12-25
Azərbaycan Respublikasının Moldova Respublikasında Səfirliyində başsağlığı kitabının açılmasına dair
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 26 və 27 dekabr tarixlərində (10.00-13.00; 14.00-17.00) Səfirlikdə başsağlığı kitabı açılacaqdır.
Başsağlığının elektron poçt chisinau@mission.mfa.gov.az vasitəsi ilə göndərilməsi də mümkündür.