Konsulluğun qəbul günləri

Səfirliyin konsulluq bömləsi həftənin bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 10:30-dan - 12:30-dək sənəd qəbulunu həyata keçirir. Hazır sənədlərin təhvili həftənin bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 16:00-dan - 17:00-dək həyata keçirirlir.

Səfirliyin konsulluq bölməsi tərəfindən göstərilən xidmətlər üçün öncədən vaxt təyin etmək məqsədilə Elektron Növbə Portalından istifadə edə bilərsiniz. Müraciətçilər appointment.mfa.gov.az internet səhifəsinə daxil olaraq elektron növbə götürə bilərlər.

Elektron Növbə Portalından istifadə üçün hər hansı xidmət haqqı nəzərdə tutulmamışdır. Əlavə məlumat üçün qeyd olunan linkə daxil ola bilərsiniz. 

QEYD:

  • Zəhmət olmasa xidmətə uyğun olaraq görüş təyin edin.
  • Hər görüş üçün bir ərizəçi: Nəzərə alın ki, bir görüşə görə yalnız bir ərizəçinin müraciəti qəbul olunacaq. Əgər bir neçə nəfər üçün müraciət olunursa (məsələn, ailə/qrup halında), xahiş edirik hər bir ərizəçi üçün ayrıca görüş təyin edin.

Ünvan: Moldova Respublikası, Kişinau şəhəri, Mixail Koqalniçanu 64.

Telefon: 022 227 568, 022 214 209

Faks: 022227558

e-mail: chisinau@mission.mfa.gov.az

Arxiv üzrə axtarış