2022-10-10

Azərbaycan Respublikasının İqtisadiyyat naziri ilə Moldova Respublikasının Baş naziri iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın ölkəmizdə səfərdə olan Baş naziri xanım Nataliya Qavrilitsa ilə görüşüb.

Tədbirdə Azərbaycanın Moldova ilə əlaqələrə önəm verdiyi, iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi üçün potensialın olduğu vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında investisiya, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.

İqtisadiyyat naziri ölkəmizdə investisiya fəaliyyətinin təşviq olunması ilə bağlı görülən işləri diqqətə çatdırıb, Moldova şirkətlərini fəal əməkdaşlığa dəvət edib.

Baş nazir xanım Nataliya Qavrilitsa iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmini diqqətə çatdırıb, tərəfdaşlığın inkişafı istiqamətlərindən danışıb. Xanım Nataliya Qavrilitsa Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, Moldova şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağını ifadə edib. Tərəflər iqtisadi-ticarət əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Arxiv üzrə axtarış