2022-10-18

Moldovada 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü qeyd edilib

2022-ci ilin 18 oktyabr tarixində ölkəmizin Moldovadakı Səfirliyinin önündə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Moldova ictimaiyyətinin nümayəndələri, Türkiyənin Moldovadakı Səfirliyinin əməkdaşı, Moldovadakı Azərbaycanlılar Konqresinin üzvləri və fəal həmvətənlərimiz, xarici və azərbaycanlı tələbələr iştirak edib.

İlk öncə, tədbir iştirakçıları Səfirliyin önündəki bağçada ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

Tədbirdə səfirliyimizin, eləcə də qardaş Türkiyə səfirliyinin diplomatları, vətənpərvər soydaşlarımız tərəfindən çıxışlar səsləndirilib. Çıxışlarda Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etməsi, müstəqillik əldə etdikdən sonra müasir Azərbaycanın hərtərəfli inkişafı və beynəlxalq müstəvidə tanıdılmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri, habelə bütün azərbaycanlılar tərəfindən dövlətçilik tariximizdə əhəmiyyəti olan bu bayramın ötən il ilk dəfə olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etməsi vurğulanıb.

Tədbir çərçivəsində müstəqillik tariximiz, eləcə də müasir Azərbaycanın sürətli inkişafını əks etdirən foto-şəkillərdən ibarət sərgi təşkil edilib, tədbirə qatılan qonaqlar sərgini maraqla izləyib.

  

Arxiv üzrə axtarış