Səfirin müraciəti

Əziz dostlar!

Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyinin rəsmi internet səhifəsinə xoş gəlmisiniz! 

İnternet səhifəmiz Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni hadisələr, Azərbaycan–Moldova münasibətlərində aktual məsələlər haqqında ətraflı məlumatın verilməsi məqsədi ilə yaradılmışdır. 

Bildiyiniz kimi, Azərbaycanla Moldova arasında əlaqələr müxtəlif sahələr üzrə inkişaf edir, yüksək səviyyəli səfərlər qarşılıqlı formada həyata keçirilir. BMT, AŞ, ATƏT, QDİƏT, GUAM, "Şərq Tərəfdaşlığı" və digər beynəlxalq və regional təşkilatlar, eləcə də MDB çərçivəsində Azərbaycan və Moldovanın mövqeləri yaxındır və ya üst-üstə düşür. Hər iki ölkə həmin təşkilatlarda mütəmadi məsləhətləşmələr aparır və ənənəvi olaraq bir birinə qarşılıqlı dəstək verir.

Siyasi, iqtisadi və mədəni məsələlərlə yanaşı Sizi Səfirliyin fəaliyyəti ilə yaxından tanış edəcəyik.

Ümid edirik ki, Konsulluq məsələləri üzrə də üzərimizə düşən öhdəlikləri yerinə yetirilməsində Səfirlik yeni təchiz edilmiş elektron xidmətlər vasitəsilə müraciət edən vətəndaşlara köməklik göstərəcəkdir.

Bizim səhifəmizi ziyarət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Arxiv üzrə axtarış