Səfirliyin konsulluq bölməsinə müraciət edən şəxslərin nəzərinə
Koronavirus xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, bununla bağlı profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə şəxsən iştirak tələb olunmayan aşağıda sadalanan konsulluq əməliyyatları ilə əlaqədar müvəqqəti olaraq yalnız poçt və ya email vasitəsilə müraciət etməyiniz tövsiyə olunur:
- Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi;
- Konsulluq qeydiyyatı;
- Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi;
- Subaylıq və məhkumluq haqqında arayışların alınması;
- Doğum haqqında akt qeydlərinin rəsmiləşdirilməsi;
- Sənədlərin leqallaşdırılması və təsdiq edilməsi;
- Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün vəsatətlərin qəbulu;
- Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi;
- Nikahın pozulmasına dair Moldova Respulikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması;
- Vizaların rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu.
Çox təcili və istisna hallarda isə şəxsən iştirak tələb olunan konsulluq əməliyyatları (yeni ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi və ya dəyişdirilməsi, vəkalətnamələrin notariat təsdiqi, imzaların həqiqiliyinin notariat təsdiqi və digər) ilə əlaqədar səfirliyin konsulluq bölməsinin email ünvanına (chisinau@mission.mfa.gov.az) müraciət edərək öncədən görüş vaxtı təyin edilməklə qəbula yazılmaq olar. Hər bir müraciətlə bağlı qərar səfirliyin məsul əməkdaşları tərəfindən veriləcəkdir. Görüş zamanı qəbul otağında eyni vaxtda yalnız bir nəfərin olmasına icazə veriləcək. Mövcud gigiyenik və sosial məsafə qaydalarına əməl etmək zəruridir.
Qeyd: Sənədlərin poçt vasitəsilə geri göndərilməsi nəzərdə tutulan əməliyyatlar üçün müraciətinizə üzərinə ünvanınız yazılmış və kifayət qədər poçt markası yapışdırılmış zərf əlavə edilməlidir.
Anlayışınız üçün təşəkkür edirik