Dövlət rüsumu
Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən aparılan notariat hərəkətlərinə görə qanunvericiliklər müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur.
Notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu dövlət büdcəsinə köçürülür.
Konsul iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərcləri maraqlı şəxs (notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs) tərəfindən ödənilməlidir.
Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununa əsasən, notariat hərəkətlərinin aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.4.-cü maddəsinə əsasən, əlavə olaraq, vərəsələr və miras qoyanlar daşınmaz vərəsəlik əmlakının mühafizəsi üçün, otaq icarəsi, mühafizəsi, nəqliyyat, ezamiyyət, poçt, dəftərxana və sair faktiki xərcləri ödəyirlər.
Sənədlərin saxlanılması və qəbulu zamanı ehtimal olunan saxlama müddətinə görə dövlət rüsumu əvvəlcədən ödənilir və tamamlanmamış ay tamamlanmış ay kimi nəzərə alınır.
Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanunundan çıxarış
Maddə 16. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xaricdəki konsulluqlarında aparılan notariat əməliyyatları üçün dövlət rüsumunun dərəcələri
16.6. Notariat hərəkətlərinin aparılmasına görə:
16.6.1. Azərbaycan ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən avtonəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən vəkalətnamələrin notariat təsdiqinə görə; 50 $
16.6.2. müxtəlif şəxslərdən və idarələrdən poçt yolu ilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə vəkalətnamələrin təsdiqinə görə; 25 $
16.6.3. müqavilələrin və əqdlərin notariat təsdiqinə görə:
16.6.3.1. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə; 75 $
16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə; 150 $
16.6.3.3. avtonəqliyyatın özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqinə görə; 100 $
16.6.3.4. sair müqavilələrin təsdiqinə görə 50 $
16.6.4. təhsil, əmək, VVAQ sənədlərinin surətinin, həmçinin bu sənədlərdən çıxarışların təsdiq edilməsinə görə; 20 $
16.6.5. Azərbaycan vətəndaşlarının diplomatik nümayəndəlik və konsulluqlarda saxlanılan əmlak və maliyyə sənədlərinin surətlərinin və onlardan çıxarışların verilməsinə görə; 20 $
16.6.6. imzaların həqiqiliyinin notariat təsdiqinə görə (hər sənəd üçün); 60 $
16.6.7. sənədin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə üçün):
- xarici dillərdən; 20 $
- xarici dillərə; 40 $
16.6.8. qəyyumun təyin edilməsinə dair aktın tərtib edilməsinə görə; 50 $
16.6.9. əmlakın idarə edilməsinə dair qəyyumun hesabatının təsdiq edilməsinə görə; 50 $
16.6.10. vərəsəlik əmlakının siyahısının tərtib edilməsinə və bu əmlakın mühafizə olunması üçün qəbul edilməsinə görə; 100 $
16.6.11. maraqlı şəxslərin xahişinə əsasən təqdim edilmiş siyahı əsasında əmlakın yoxlanmasına görə; 100 $
16.6.12. vəsiyyətnamənin notariat təsdiqinə görə; 100 $
16.6.13. miras qoyanın xahişinə əsasən vəsiyyətnaməyə hər hansı dəyişikliklərin və əlavələrin edilməsinə görə; 100 $
16.6.14. vəsiyyətnamənin konsulluqda saxlanmasına görə; 100 $
16.6.15. konsul tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə; 200 $
16.6.16. malların və digər əmlakın satışına görə; 100 $
16.6.17. konsulluqda sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmasına görə; 20 $
16.6.18. pulun, qiymətli kağızların və sair qiymətli əşyaların (miras istisna olmaqla) saxlanmasına görə (hər ay üçün); 50 $
16.6.19. əmlakın və pul məbləğlərinin aidiyyatı üzrə çatdırılması üçün 6 aylıq müddətədək ümumi depozitə qəbul edilməsinə görə (hər ay üçün); 50 $
16.6.20. icra qeydlərinin aparılmasına görə; 30 $
16.6.21. sənədlərin diplomatik poçtla hüquqi şəxslərin ünvanına göndərilməsinə görə; 100 $
16.6.22. xarici dövlətin bayrağı altında üzən gəminin yüklənməsi və ya boşaldılmasına dair şəhadətnamənin, digər arayışların və bəyannamələrin verilməsinə görə. 50 $
Vətəndaşlığı olmayan şəxslər üçün viza 20$$