2016-04-05

Müdafiə Nazirliyinə çoxsaylı müraciətlər ünvanlanır

İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə bölmələrimizin son günlərdə keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, hətta əsgəri xidmətə yaşı çatmayan 15-17 yaşlı gəncləri, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirirlər.
Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycanda, eyni zamanda respublikadan kənarda yaşayan vətənpərvər oğul və qızlarımızla qürur duyduğunu bildirir və əsgərlərimizə göstərilən mənəvi dəstəyə görə minnətdarlığını ifadə edir.


Arxiv üzrə axtarış