2016-04-09

Moldova Respublikasında təhsil alan tələbələr tərəfindən “Azərbaycan əsgərinə dəstək” kompaniyası adı altında nümayiş keçirmişdir.

Cari ilin aprel ayının 09-da Moldova Respublikasında təhsil alan tələbələr tərəfindən “Azərbaycan əsgərinə dəstək” kompaniyası adı altında, “Şəhidlər ölməz vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq”, “Stop Armenian Aggression”, “Просим Международные организации остановить Армянскую оккупацию территорий Азербайджана”, «Erməni zorakılığına son», «Işğala son», “Qarabağ Azərbaycanındır” və sair şüarlarla ilk öncə Kişineu şəhərinin mərkəzində yerləşən «Ştefan çel Mare» parkında daha sonra isə Ermənistanın fəxri konsulluğu önündə nümayiş keçirmişdir.

Azərbaycanlı tələbələrə dəstək naminə türkiyə tələbə cəmiyyəti, moldovalı tələbələr və Moldova Respublikasında yaşayan azərbaycanlılar da qatılmışdır.

İki saat davam edən bu nümayiş yerli əhali tərəfindən çox böyük maraqla qarşılanmış və dəstək almışdır. 

Arxiv üzrə axtarış