2016-05-28

27-də Respublika Günü ilə əlaqədar Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Moldovanın paytaxtı Kişineu şəhərində, Sergey Lunkeviç adına Moldova Milli Filarmoniyasında Azərbaycan klassik musiqisindən ibarət konsert keçirilmişdi.

Tədbirin açılışında Səfir qonaqlara giriş sözü ilə müraciət etdi. O öz çıxışında Azərbaycanın zəngin musiqi mədəniyyətindən, Qarabağdan çıxmış Azərbaycanın görkəmli musiqiçilər sülalələrindən geniş məlumat vermişdir.

Konsertdə Moldova Milli Filarmoniyasının Simfonik orkestri tanınmış Azərbaycan musiqiçisi, Bakı Musiqi Akademiyasının professoru, dirijor Yalçin Adıgözəlovun rəhbərliyi ilə görkəmli Azərbaycan bəstəkarları: Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Asəf Zeynallı, məşhur Moldova bəstəkarı Euceniu Doqa və digərlərinin əsərlərini səslənmişdir.

Konsert Moldova ictimaiyyətində böyük maraq doğurmuşdur. Tədbirdə Moldovanın rəsmi dairələrinin nümayəndələri, Moldovanın sabiq prezidenti Petru Luçinskiy, parlamentin deputatları, XİN-in nümayəndələri, Türkiyə, ABŞ, Macarıstan, Qətər, Bolqarıstan səfirləri, Rusiya Federasiyası səfirinin xanımı, Kişineuda akkreditə olunmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin diplomatları, SSRİ Xalq Artisti Mixay Muntyanu, musiqiçilər, elm və mədəniyyət xadimləri, ictimaiyyətinin nümayəndələri, Azərbaycan diaspor təşkilatının sədri və digər üzvləri iştirak etmişdirlər.  

Konsert üçün xüsusi afişa hazırlanmışdır.

Qeyd etmək lazımdır ki, bundan əvvəl, 2015-ci ilin 24 may tarixində Kişineuda Azərbaycan Respublikasının dövlət bayramı – 28 May - Respublika Günü münasibəti ilə rəsmi qəbul keçirilmişdir. 

Arxiv üzrə axtarış