Cari ilin 20-21.04.2017-ci il tarixlərində Moldova Respublikasında baş vermiş təbii fəlakətə dair
Nəzərinizə çatdırırıq ki, cari ilin 20-21.04.2017-ci il taixlərində Moldova Respublikasında baş vermiş təbii fəlakət (güclü külək və qar yağıntısı) nəticəsində ölkədə gərgin vəziyyət yaranmış, nəticədə evlərin damları uçmuş, minlərlə ağaclar qırılmış, 679 yaşayış məntəqəsi işıqsız qalmış, yollar bərbad vəziyyətinə düşmüş, 200 nəqliyyat vasitəsinə, kənd təsərrüfatına (bu sahədə dəymiş zərərin aradan qaldırılması və maliyyə yardımı məqsədi ilə bank hesabı açılmışdır), eyni zamanda Səfirliyə (Səfirliyin inzibati binasına, həyətinə və Səfirin iqamətgahına) və s. ciddi ziyan dəymişdir. Bununla əlaqədar, Baş nazir cənab Pavel Filip 21.04.2017-ci il tarixində iki dəfə iclas keçirmiş və ölkə Prezidenti cənab İqor Dodondan ordunun da təbii fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə cəlb edilməsini xahiş etmiş və ordu Daxili İşlər Nazirliyi, Vətəndaş və Fövqəladə Hallar Xidməti və digər aidiyəti qurumlarla birlikdə səfərbər olaraq, ölkədə yaranmış vəziyyətin aradan qaldırılmasına və əmin-amanlığın bərpasına başlamışlar. Baş vermiş hadisə barədə Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyindən ölkədə akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəlik və Baş Konsulluqlarına, həmçinin Beynəlxalq Təşkilatların nümayəndəliklərinə ünvanlanmış rəsmi müraciətlə ətraflı məlumat verilmişdir.
Məsələ ilə bağlı xarici dövlətlər tərəfindən müvafiq maddi yardımın göstərilməsi məqsədi ilə Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi tərəfindən ölkədə akkreditə olunmuş bütün xarici diplomatik nümayəndəliklərə maliyyə yardımı üçün (Maliyyə Nazirliyində açılmış hesab nömrələrinə dair məlumat da daxil olmaqla) müvafiq müraciətlər ünvanlanmışdır.