2017-05-09

09 may Qələbə Günü (1939-45-ci illər II dünya müharibəsi) münasibəti ilə Moldova Respublikasında dövlət səviyyəsində rəsmi tədbir keçirilmiş və tədbirdə Moldova rəsmi dövlət qurumlarının nümayəndələri ilə yanaşı, müharibə iştirakçıları-veteranlar və Moldova Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəlikləri iştirak etmişdirlər.

İlk öncə Moldova Respublikasının Ali orqanı olan Parlament sədri Andrian Candu əbədi yanan məşəlin qarşısına əklil qoymuşdur. Daha sonra veteranları və qonaqları salamlayaraq, onlarla görüş keçirtmişdir. Bundan sonra qonaqlar qələbəyə həsr edilmiş abidə önünə əklillər qoymuşdurlar.

Tədbir iştirakçıları 1941-1945-ci ilin şərəfinə ucaldılmış abidə önünə qərənfillər qoyduqdan sonra, II dünya müharibəsində vəfat edənlərin məzarlarını ziyarət etmişdirlər. Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin əməkdaşları Şuşanın işğalı ilə əlaqədar (08.05.1992) qoyulmuş abidəni ziyarət etmiş,  önünə qərənfillər düzmüşdürlər. Azərbaycan tərəfi ilə yanaşı, abidəni Türkiyə Respublikası, Rusiya Federasiya, Belarus Respublikasının səfirləri, o cümlədən Qazaxıstan Respublikasının baş konsulu abidəni ziyarət etməklə, işğalı və işğalla əlaqədar həlak olmuş insanların xatirəsini yad etmişdirlər.

Arxiv üzrə axtarış