2017-05-23

"Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlə bağlı beynəlxalq və Avropa səviyyələrində üçüncü dövlətlərin üzərinə düşən öhdəliklər"

"Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlə bağlı beynəlxalq və Avropa səviyyələrində üçüncü dövlətlərin üzərinə düşən öhdəliklər" adlı BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının A/71/880-S/2017/316 saylı, 26.04.2017-ci il tarixli sənədində ümumi hüquqi konteksin nəzərdən keçirilməsi ilə yanaşı (məsələnin bəzi tarixi aspektləri; xalqların öz müqəddəratını təyinetmə hüququnun uyğunluğu; qanunsuz güc tətbiqi nəticəsində yaranmış vəziyyət ; hərbi işğal və Ermənistanın beynəlxalq məsuliyyəti) , işğal edilmiş ərazilərimizdə qeyri-qanuni fəaliyyətlə bağlı beynəlxalq və Avropa səviyyələrində üçüncü dövlətlərin üzərinə düşən öhdəliklər araşdırılır və Ermənistanın  Azərbauycanın suverenliyi və ərazi bütövlüyünün pozulması ilə nəticələnən əməlləri və Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi bütün fəaliyyətinin beybnəlxalq hüququa zidd olduğu, bu əməllərin bəzi növlərinin ümumi beynəlxalq hüququn imperativ normalarından (jus cogens) irli gələn öhdəlikləri kobud şəkildə pozduğu qənaətinə gəlirmnir və Ermənistanın məsuliyyətini ağırlaşdıran xüsusi nəticələrin tətbiqi, o cumlədən üçüncü dövlətlər tərəfindən müvafiq tədbirlərin görülməsi tələb edilir.

Arxiv üzrə axtarış