2017-07-22

XİN:Ermənistanın su resurslarından ekoloji terror və təzyiq vasitəsi kimi istifadəsi dövlət səviyyəsində həyata keçirilən siyasətdir

“Ermənistanın su resurslarından ekoloji terror və təzyiq vasitəsi kimi istifadə etməsi dövlət səviyyəsində həyata keçirilən siyasətdir".

 

Bunu APA-ya Xarici İşlər Naziyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, rəsmi Yerevanın bu siyasəti Ermənistan ərazisindən Azərbaycana doğru axan çaylara, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki su resurslarına, o cümlədən Sərsəng su anbarına münasibətdə tətbiq olunur.

“Ermənistanın Azərbaycana doğru axan su resurslarını qəsdən çirkləndirilməsi mövcud problemin başqa bir istiqamətidir. Ermənistanın ekologiya nazirinin müavini Erik Qriroryanın məhz Azərbaycana su axınının qarşısını almaq üçün Ermənistandan Araz çayına axan su resurslarının məhdudlaşdırılması barədə açıqlaması Ermənistanın sudan ekoloji terror və təhdid kimi istifadə etməsini bir daha sübut edir. Bu baxımdan Ermənistan sivil davranış və öhdəliklərdən boyun qaçırmaq üçün “Su Konvensiyası” adı ilə tanınan “Transsərhəd su axınları və beynəlxalq göllərin mühafizəsi Konvensiyası”na (Convention on the Protection and Use of Transboundary Watercourses and International Lakes) qoşulmaqdan nümayişkarcasına imtina edir. Buna baxmayaraq, Ermənistanın Beynəlxalq çayların suyundan istifadə haqqında 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydaları, BMT Baş assambleyasının transsərhəd sular haqqında qanuna dair qətnaməsi (The law of transboundary aquifers), Avropa ŞurasıParlament Assambleyasının Avropada transsərhəd su hövzələri haqqında qətnaməsi və digər beynəlxalq sənədlər üzrə öhdəlikləri var” – deyə, o bildirib.

 

  1. Hacıyev qeyd edib ki, Avropa ŞurasıParlament Assambleyası 2016-cı il qış sessiyasında məxsusi olaraq “Azərbaycanın sərhəd rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında qətnamə qəbul edib və bu qətnamədə Ermənistanın sərhədyanı çaylara və işğal olunmuş ərazilərimizdəki Sərsəng su anbarına münasibətdə yürütdüyü siyasəti ekoloji terror kimi qiymətləndirilib: “Bu sənədlərə əsasən, sudan istifadə  hüququ həyat və sağlamlıq üçün vacibdir və sudan maneəsiz istifadə (suya maneəsiz çıxış) hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Ermənistanın ekoloji terrorizm və onun tərkib hissəsi olaraq “su terroru” siyasəti Azərbaycan tərəfindən beynəlxalq təşkilatlarda davamlı olaraq qaldırılır. Ermənistan tərəfinin son açıqlaması da aidiyyəti beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılacaq”. 

Arxiv üzrə axtarış