2017-10-30

Cari ilin 27 oktyabr tarixində səfir Qüdsi Osmanovun Moldova Respublikasının Baş prokuroru Eduard Xarunjen ilə görüşü keçirilmişdir.

Görüşdə səfir Azərbaycan ilə Moldova arasında əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd etmiş, əməkdaşlığın genişlənməsi üçün potensialın olduğunu vurğulamış, o cümlədən dövlətlərimizin prokurorluq orqanları arasında səmərəli qarşılıqlı və uğurlu fəaliyyətindən söz açmışdır. Bundan əlavə, Q.Osmanov Moldovada qanunu pozan və cinayət məsuliyyətinə cəlb edilən Azərbaycan vətəndaşları ilə maraqlanmışdır.

Baş prokuror E.Xarunjen Moldova ilə Azərbaycanın prokurorluq orqanları arasında mövcud olan əməkdaşlıq memorandumu əsasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərin olduğunu bildirmiş, ikitərəfli səfərlərin həyata keçirildiyini vurğulamışdır. Eyni zamanda, baş prokuror Moldovanın baş prokurorluğunda icrada olan Azərbaycan vətəndaşlarının işləri barədə danışmışdır. O səfəri əmin etmişdir ki, AR vətəndaşlarına qarşı qaldırılan işlərə diqqətlə, qərəzsiz və ədələtlə yanaşılacaqdır.

Bundan əlavə, görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılmışdır. 

Görüşün sonunda səfir Azərbaycan Respublikası Baş prokuroru adından cənab Xarunjeni Azərbaycana rəsmi səfər etməyə dəvət etmişdir. E.Xarunjen dəvəti məmuniyyətlə qəbul etmiş, Azərbaycana 2018-ci ildə səfər etmək imkanında olduğunu bildirmişdir

Arxiv üzrə axtarış