2017-11-03

Cari ilin 02 noyabr tarixində səfir Qüdsi Osmanovun Moldova Respublikasının Daxili İşlər naziri Aleksandr Jizdan ilə görüşü keçirildi.

Nazir Aleksandr Jizdan səfiri salamlayaraq, ölkələrimiz arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri barədə söz açdı. Nazir qeyd etdi ki, cari ilin 15-16 noyabr tarixlərində son 26 ildə ilk dəfə Moldovanın daxili işlər nazirinin Azərbaycana rəsmi səfəri keçiriləcəkdir. A.Jizdan Azərbaycana böyük seviclə qetdiyini qeyd edərək, ölkənin təhlükəsizliyinin təmin olunması məsələsində Azərbaycanın təcrübəsinin Moldova tərəfi üçün maraq kəsb etdiyini vurğuladı.

Səfir Qüdsi Osmanov nazirə ölkəmiz barədə söylənən xoş sözlərə və ölkəmizə olan isti münasibətə görə təşəkkürünü bildirdi, Moldovaya təyin olunandan sonra birinci Moldovanın Daxili işlər naziri ilə tanış olduğunu xatırladı. Səfir Moldova ictimaiyyətində hökm sürən sabitlik və əmin-amanlığı vurğulayaraq, bunun Moldova Daxili işlər nazirliyinin uğurlu xidməti kimi qiymətləndirdi.

Eyni zamanda, səfir ümid etdi ki, nazirin yaxın günlərdə Azərbaycana nəzərdə tutulan səfəri Moldova ilə Azərbaycan arasında münasibətlərin daha fəal inkişafına xidmət edəcəkdir.

A.Jizdan Moldovada 2016-ci ilə nisbətən siyasi stabilliyin bərqərar olduğunu, ümumiyyətlə ölkədə cinayətkarlığın azaldığını qeyd etdi, Moldovanın regionda təhlükəsizlik mənbəsi olduğunu bildirdi. Eyni zamanda, nazir ölkədə hakim demokrat partiyasının başçılıq etdiyi güclü hökumətin siyasətini vurğulayaraq, hakimiyyətin ölkədə ilk növbədə sülhün və stabilliyin marağında olduğunu qeyd etdi.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparıldı. 

Arxiv üzrə axtarış