2017-12-11

Moldovada azərbaycanlı rejissorun rəhbərliyi altında "Qiymətli Pamela" tamaşasının premyerası keçirildi.

10 dekabrda Moldovanın Çıdır-Lunqa şəhərində D.Tanasoğlu adına Qaqauz Milli teatrında istedadlı azərbaycanlı rejissor Tural Mustafayevin rəhbərliyi altında qaqauz dilində amerikanlı dramaturq Con Patrikin "Qiymətli Pamela" adlı tamaşanın premyerası keçirildi.  Tədbir Moldova Respublikasının mədəniyyət nazirliyi, Moldova Respublikası Qaqauz Muxtar ərazi vilayətinin rəhbərliyi və Azərbaycan Respublikasının Moldovadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuşdur.

Tamaşanın süjeti yarımdağılmış evin zirzəmisində yaşayan yaşlı tənha qadına həsr olunub. Günlərin birində qadının evinə biznesmen kimi təqdim olunub, qadını öldürmək fikri ilə üç dələduz girir. Lakin, sevgi, inam və bu qadının ümidi onların planlarının dağıdır, fikirlərindən daşındırır və həyata başqa cür baxmağa məcbur edir. Amma artıq hamı üçün hər şey müvəffəqiyyətlə bitmək üzrə olduğunu zaman, qəhrəmanların həyatında yeni hadisələr ortaya çıxır.

Tamaşanın sonunda Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovun iştirakçılara təbrik məktubu oxundu. Moldova Respublikası Qaqauz Muxtar ərazi vilayətinin başkanı İrina Vlax çıxışında Azərbaycan rəhbərliyinə Qaqauz Muxtar ərazi vilayəti ilə əməkdaşlığa görə təşəkkürünü bildirdi. Həmçinin, başkan qeyd etdi ki, Qaqauziyanın Çıdır-Lunqa şəhərində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəni-tədris mərkəzinin layihəsi Moldova Respublikası, o cümlədən Qaqauz Muxtar ərazi vilayəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Sonda İrina Vlax D.Tanasoğlu adına Qaqauz Milli teatrının əməkdar xadimlərini, o cümlədən azərbaycanlı rejissor Tural Mustafayevi teatrın 20 illik yubileyi münasibəti ilə Qaqauz Muxtar ərazi vilayətinin fərqləndirici diplomları ilə təltif etdi. Həmçinin, qeyd olundu ki, Tural Mustafayevin təltif olunma mərasimi gələn il Moldova ilə Azərbaycan arasında hökumətlərarası komissiyanın növbəti iclasında iştirak etmək üçün İ.Vlaxın nəzərdə tutulan Azərbaycana səfəri zamanı keçiriləcəkdir.

Arxiv üzrə axtarış