2017-12-25

Moldovanın nüfuzlu xəbər portalında Azərbaycanın Prezidenti İlham Əliyevə həsr olunmuş məqalə dərc olunub.

Moldovanın böyük oxucu auditoriyasına malik olan "Tribuna" xəbər portalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad günü münasibəti ilə məqalə dərc olunub.  

Məqalədə öz xalqının lideri, istedadlı islahatçı İlham Əliyevin müdrik və dərin düşünülmüş uğurlu daxili və xarici siyasətindən söz açılır.

O cümlədən, məqalədə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri, qeyri neft sektorunun inkişafı, Azərbaycanda idmana göstərilən diqqət və ölkəmizdə keçirilən beynəlxalq miqyaslı idman tədbirləri haqqında danışılır.

Həmçinin müəllif yazır: "Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu uzaq görən xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu qalxmışdır. Azərbaycan bütün ölkələrlə münasibətləri mehriban qonşuluq və səmimi tərəfdaşlıq əsasında qurur, bu tərəfdaşlığa sadiqliyini nümayiş etdirir".

Sonda, müəllif Prezident İlham Əliyevin fəaliyyət modelinin bütün dünyada uğurlu inkişafın və müasirləşmənin nümunəsi kimi tanındığını qeyd edir. Bütün bunların Azərbaycanın gələcək inkişafı və Azərbaycan xalqının əmin-amanlığı üçün əhəmiyyətli əsas olduğunu bildirir.

Məqalənin mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://tribuna.md/ru/2017/12/24/ru-сегодня-отмечает-день-рождение-през/

Arxiv üzrə axtarış