Dövlət başçılarına, beynəlxalq təşkilatlara və dini liderlərə MÜRACİƏT
21 dekabr 2017-ci il tarixində dövlət, elm və din xadimlərinin, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçilərin iştirakı ilə Azarbaycan Respublikasının paytaxtı Bakı şəhərində "2017-İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" adlı Beynəlxalq Konfrans keçirilmidir.
Konfrans iştirakçıları,
Mədəniyyətlər və dinlərarası dialoqun, milli, mədəni va dini dəyərlərin və ənənələrin qorunmasına və inkişafına xüsusi önəm verən Azarbaycan Respublikasının Prezidenti, zati-aliləri, cənab lham Əliyevin elan etdiyi "İslam Həmrəyliyi ili” çərçivəsində dinlərarası dialoq mövzusunda 2017-ci ildə Azərbaycanda, Finlandiyada, İranda, Türkiyədə, Rusiyada, Özbəkistanda və İspaniyada keçirilmiş birgə konfransları təqdir etdilər və Azərbaycan Respublikasının Prezidentinin bu tədbirlərə göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirdilər.
Türkiyə Respublikası Prezidentinin, İran İslam Respublikasının Prezidentinin, Özbəkistan Respublikası Prezidentinin, Müqəddəs Taxt-Tacın, Ekumenik Patriarxının, Moskva və bütün Rusiya Patriarxının, bütün Gürcüstanın Katolikos-Patriarxının müraciətlərini alqışladılar;
Qarşılıqlı etimad və anlaşma mühitində madani müxtalifliyin, mədəniyyətlər və dinlərarası dialoqun və bununla bağlı beynəlxalq əməkdaşlığın təşviq edilməsinin sülh və təhlükəsizliyin əsasə təminatı kimi çıxış etdiyini vurğuladılar. Bu sahədə qlobal təhdid və çağırışların qarşısının alınmasına yönəlmiş 2008-ci ildən başlamış Baki prosesinin və əlaqədar beynəlxalq təşəbbüslərin davam etdirilməsinin və bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd etdilər.
Ayrı-seçkiliyin, ksenofobiyanın, terroruluğun, separatizmin, ekstremizmin, eləcə də milli, dini və etnik zəmində dözümsüzlüyün artması, humanitar fəlakət həlddində qaçqınların, məcburi köçkünlərin va miqrantlarin kütləlvi axını, habelə terroru və separatçı qruplaşmalar tərəfindən dini, mədəni və tarixi sərvətlərin, abidələrin və məbədlərin dağıdılması ilə bağlı öz dərin narahatlıqlarını bildirdilər;
Özündə bəşəri dəyərləri əks etdirən islam və bütün səmavi dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və irsinə əvəzolunmaz töhfə verdiyini, humanizmin, sülhün və ədalətin bərqərar edilməsinə xidmət etdiyini bildirdilər;
İslam həmrəyliyinin mədəniyyətlər və dinlərarası dialoqun inkişafında ümumi bəşəri dəyərlərin dünyada təbliği və gələcək nəsillərə ötürülməsində vacib rol oynadığını vurğuladılar;
Davamlı inkişafa, əmin-amanlığa, sabitlik və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrə son qoymaq naminə beynəlxalq birlik tərəfindən səylərin gücləndirilməsinin vacibliyini önə çəkdilər.
Konfrans iştirakçıları,
Dövlətləri BMT və digər beynəlxalq və regional təşkilatları, eləcə də dini liderləri mədəniyyətlər və dinlərarası dialoqun və qarşılıqlı anlaşmanın təşviq olunmasının davam etdirilməsinə və bu sahədə əmakdaşlığın genişləndirilməsinə çağırırlar;
Milli, dini və etnik zəmində zorakılıq hallarına rəvac verən və zərəli ideologiyaya əsaslanan təbliğatın qarşısının ahnmasmda əməkdaşlığın artırılmasına, geniş dialoqun davam etdirilmsinə və maarifçiliyin gücləndirilməsinə çağırırlar;
Siyasi motivlər daşıyan və məqsədyönlü qızışdırılan ksenofobiya və islamafobiyanın, habelə islam dininin adından sui-istifadə etməklə terrorçuluğun və insanlıq əleyhinə cinayətlərin tördilməsinin qarşısının alınması üçün təsirli tədbirlər görməyə çağırırlar;
Beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsi ilə beynəlxalq sabitlik təhlükəsizliyə olan çağırış və təhdidlərlə, o cümlədən münaqişələrin yaranmasının, qaçqın və məcburi köçkünlərin və miqrantların axınına səbəb olan terrorçuluğun təcavüzkar separatizmin, ekstremizminin qarşısının alınması sahəsində səmərəli mübarizə aparılması üçün səylərin birləşdirilməsinə çağırırlar;
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamıqla tanınmış prinsiplərinə və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliklərini təsdiq edirl ər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu kontekstdə sülh yolu ilə tezliklə həll olunmasına töhfə verməyə çağırırlar;
Bütün səmavi dinlərin Müqəddəs şəhəri- Qüds Əs- şərif ətrafında baş verən və onsuz da mürəkkəb olan vəziyy əti daha da gərginləşdirən siyasi proseslərin qəbuledilməz olduğunu vurğulayaraq, məsələnin hər bir dinə və mədəniyyətə qarşılıqlı hörmət, beynəlxalq hüququn prinsip və normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında sülh yolu ilə həlli istiqamətində səylərin artırılmasına çağırırlar.
Bakı 21 dekabr 2017-ci il.