2018-04-14
Moldovanın nüfuzlu informasiya agentliyi “ASAN xidmət” barədə yazıb
Kişineu, 14 aprel, AZƏRTAC
Moldovanın nüfuzlu və geniş oxucu auditoriyasına malik olan "Tribuna" informasiya agentliyində "ASAN xidmət" barədə "Azərbaycanın "ASAN xidmət" modeli ictimai xidmətlərin göstərilməsi sahəsində yenilikçi addım və bir çox ölkələr üçün nümunədir" adlı böyük məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə "ASAN xidmətin" Azərbaycanın brendi olduğu, beynəlxalq aləmdə tanındığı, yeni yaranmış Moldova Respublikasının Dövlət xidmətləri agentliyinin Azərbaycanın "ASAN xidmət" təcrübəsindən istifadə etdiyi barədə məlumat yer alıb.