Art Tower qalereyasında, Cesar Secriere'nin sərgisi açılıb
Bakı, 12 aprel, Azərtac
Art Tower-də "Arts Council Azerbaijan", Moldova Respublikasının Azərbaycandakı Səfirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Moldova Təhsil və Turizm Nazirliyi tərəfindən təşkil olunan Cesar Secrierinin " Çiçəklərin Metafizik tamaşası " adlı fərdi sərgisi açılmışdır.
AZƏRTAC verdiyi məlumata görə, Cesara Secrıeru 1962-ci ildə Rumıniyanın Felticen şəhərində anadan olmuşdur. 1996-cı ildən isə Moldovada yaşayır, burda Kişinau Pedaqoji Universitetin sənətşünaslıq fakültəsini bitirmişdir. Moldova Elmlər Akademiyasında doktorantura təhsili almışdır. Hal-hazırda Moldovanın Beynəlxalq Müstəqil Universitetində (ULİM) ədəbiyyat və incəsənət məsələləri üzrə sənətkarlıq məsləhətçisidir.
Rəssam Moldovanı şəxsi sərgiləri ilə aşağıdakı beynəlxalq təşkilatlarda təmsil etmişdir: AŞ (Strasburq 2002, 2003-cü illər); BMT (Cenevrə 2004-cü il); Ümumdünya Ticarət Təşkilatı (2005-ci il); Rumıniya mədəniyyət institutu (2010-cu il Paris); Pyer Bodi “konfrans mərkəzi” (Tuluza 2010-cu il və s.); və qalereyelarda (D. Leonid muzeyi Buxarest 2008-ci il, Konstantin Brınkuş ", Buxarest, 2010; "Moldova Alyansı", 2011; "Nicolae Tonitsza" qalereyası, Yassa, Rumıniya, 2015 və s).
Rəssamın rəsm əsərləri bəzi ictimai koleksiyonlarda (Birləşmiş Millətlər Təşkilatı, Cenevrə, Rumıniya Parlamenti), həmçinin bir çox şəxsi kolleksiyalarda (ABŞ, Kanada, Fransa, Hollandiya, İsveçrə, İtaliya, İspaniya, Britaniya, Rusiya, Çin, Madaqaskar, və s.) da vardır.
Rəssam çox tez-tez öz işini xüsusi bir model ilə başladığını sonra isə onu dəyişdiyi, yenidən yaratdığını etiraf edir. Buna baxmayaraq, bir çox xəyali motivlər və fikirlər var, digərləri isə musiqi oxumaq və ya dinləmək ardıcıllığıdır, çünki musiqi fonları (müasir və ya orta əsrlər) həmişə onu ruhlandırır. Kanadada nəşr olunan AbeCeder, Comprendre l'art d'aujourd'hui (müasir incəsənəti anlamaq) lüğətində (Peyzaj, 2013-cü il nəşri), Cesar Sequieru'un işi ekspresyonizm haqqında bir məqaləni illustrasiya edir. Rəng rəssamın vizit kartıdır, hansı ki hesab edir ki, özündə dərin poetik məna daşıyan rəngin konstruktiv rolu dünyanı dəyişir, yenidən yaradır və yeni realığı üzə çıxardır. Rənglərin semantikası, onların harmoniyası və teatrallığı yaradıcı təsəvvürə əhəmiyyət verir. Rəssamın dərin inamı ondadır ki, incəsənət bizə yaşamağa və həyatda qalmağı baş etməyə, gündəlik yaşam tərzinin horizantallığına və əbədiyyətin vertikallığına məna verən ehtirasdır.