2018-04-17

2008-2015-ci illərdə Moldova Respublikasının ombudsmanı, İctimai Palatanın prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Rumıniya, Ukrayna, Macarıstan və Bolqarıstan üzrə nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriudan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi Prezident seçkilərində inamlı qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu, çox mühüm bir qələbədir. Bu, uzun müddət ərzində Sizin rəhbərliyinizlə ölkənin idarə olunmasına, eləcə də yürütdüyünüz daxili və xarici siyasətə Azərbaycan xalqının verdiyi hərtərəfli dəstəkdir.

Düzünü desəm, mən seçkilərin bu cür nəticələnəcəyinə əmin idim, çünki indiki mürəkkəb dünyada Sizin yürütdüyünüz siyasəti yeganə düzgün, elmi və siyasi cəhətdən əsaslandırılmış və çox məhsuldar hesab edirəm.

Azərbaycan qeyri-adi iqlimi, qədim tarixi, çoxmillətli və çoxetiqadlı əhalisi, xüsusilə də qonaqpərvərliyi, habelə dostsevər xalqı olan gözəl bir ölkədir. Azərbaycanlılar istər öz vətənlərində, istərsə də dünyanın istənilən yerində qonaqları həmişə açıq qəlblə qarşılayırlar.

Ölkənizdən olan, tutduğu vəzifəsindən və ya mövqeyindən, yaşayış yeri və ya maddi imkanından asılı olmayaraq istənilən nümayəndələrlə ünsiyyət qurarkən, mən əmin oluram ki, cənab Prezident, Azərbaycanı xüsusi qürur və fəxr hissi ilə təmsil etdiyiniz üçün hər kəs Sizə böyük hörmətlə, ehtiram və minnətdarlıqla yanaşır. Azərbaycan dövlətinin inkişafı və daha da çiçəklənməsi naminə əsası dahi atanız – ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin uğurla davam etdirdiyiniz siyasətin bəhrələri göz qabağındadır. Sizin rəhbərliyinizlə ölkənizin əldə etdiyi uğurlar möhtəşəmliyi ilə hamını heyran qoyur.

Azərbaycanın qazandığı uğurlarda təkcə ölkədə deyil, onun hüdudlarından kənarda da böyük hörmət və nüfuz qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi vurğulamaq istərdim.

Dünyada çox az prezident var ki, onlar öz ölkələrinin tarixini yaradırlar. Cənab Prezident, Siz də öz dövlətinizin tarixini yaradan və dünyada gedən tarixi proseslərə təsir göstərən az sayda prezidentlərdən birisiniz. Məhz bunun nəticəsidir ki, beynəlxalq aləmdə Azərbaycanı etibarlı tərəfdaş, öz sözünə sadiq, həmişə dost ölkələrə yardımını əsirgəməyən dövlət kimi tanıyır və qəbul edirlər. Azərbaycan beynəlxalq arenada multikulturalizmi dövlət siyasətinin prioritetlərindən biri elan edən ölkədir. Azərbaycanda müxtəlif millətlərin, dinlərin nümayəndələri harmoniya içərisində yaşayırlar. Multikulturalizmin Azərbaycan modeli bu gün haqlı olaraq dünyanın bir çox ölkələrində öyrənilir və təşviq edilir.

Zati-aliləri, seçkilərdəki qələbəniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə və gözəl ölkəniz Azərbaycana dərin hörmət və ehtiramımı bildirirəm. Azərbaycandan danışanda həmişə yadıma hansının gözəl olması barədə Göy ilə Yerin mübahisəsi düşür. Göy öz gözəlliyinin təsdiqi üçün ulduzları göstərir, Yer isə Azərbaycanı nümayiş etdirir. Bu müqayisəni gözəl ölkənizə olan sevgimin özünəməxsus şəkildə etirafı kimi qəbul etməyinizi xahiş edirəm.

Möhtərəm Prezident, ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı, ailə səadəti, dost Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

Aureliya Qriqoriu

2008-2015-ci illərdə Moldova Respublikasının ombudsmanı,

İctimai Palatanın prezidenti,

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Rumıniya, Ukrayna, Macarıstan və Bolqarıstan üzrə nümayəndəliyinin rəhbəri

Arxiv üzrə axtarış