Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli cənab Prezident.
Ümumxalq etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Moldova Azərbaycanlıları Konqresi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizin bu parlaq qələbəniz ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təntənəsi, doğma Azərbaycanımızın yekdilliyinin təcəssümü olmaqla, eyni zamanda, beynəlxalq səviyyədə siyasi nüfuzunuzun sübutudur.
Əminik ki, ümummilli dəyərlərimizə xidmət edən fəaliyyətinizlə doğma Vətənimizin ərazi bütövlüyünün tam bərpasına nail olacaq, yeni-yeni uğurlarınızla bizi daha da sevindirəcəksiniz.
Cənab Prezident, Moldovada yaşayan azərbaycanlılar adından Sizi bir daha ürəkdən təbrik edirəm.
Dərin hörmət və ehtiramla,
Vüqar Novruzov
Moldova Azərbaycanlıları Konqresinin sədri