2018-05-11

Ümumilli Lider Heydər Əliyevin 95 illiyi

Cari ilin 10 may tarixində saat 18:00-da Moldova Respublikasının Orqan Zalında Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə konserti təşkil olunmuşdur.

Konsertdə Moldova Respublikasında yaşayan həmyerlimiz, opera ifaçısı Gülnarə Ralyanu və Georgi Musteanın dirijorluğu və musiqiçilər Vladimir Draqoş,Vitaliy Çebotari,Vadim Çebanın iştirakı ilə Milli Orkestra çıxış etmişdir.

Konsertdə xarici ölkələrin Moldova Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərinin, Səfirlik və Baş Konsulluqlarının nümayəndə heyəti, Moldova yerli qurumlarının rəsmiləri, Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri, azərbaycanlı tələbələri, ictimai xadimlər və yerli KİV nümayəndələri iştirak etmişlər.

Konsertin açılışında Azərbaycan Respubliaksının Moldova Respubliaksındakı Səfiri Qüdsi Osmanov çıxış etmişdir. Səfir çıxışında Ümumilli Lider, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin həyat və yaradıcılığından, bu gün Azərbaycanın beynəlxalq arenada istər siyasi, istərsə də iqtisadi, mədəni sahələrdə qazandığı uğurlarda Ulu öndərin böyük rolu olduğunu vurğulamışdır. Diplomat çıxışında Moldova-Azərbaycan ikitərəfli, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsindəki əlaqələrinə toxunaraq, həmin əlaqələrin hazırki dinamik inkişafında əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət kursunun onun layiqli davamçısı olan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi məharət və bacarıqla həyata keçirildiyini iştirakçıların nəzərinə çatdırmışdır.

  Daha sonra Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov çıxış etmişdir. O, çıxışı zamanı Ümummilli Liderin Azərbaycan Respublikası və azərbaycan xalqı üçün əvəzsiz xidmtələrindən söz açmışdır.O, qeyd etmişdir ki, xaricdə yaşayan azərbaycanlılara diqqət və qayğı daim Ulu öndərin siyasətinin ayrılmaz hissəsi olmuşdur. Bu gün sdə həmin siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən xüsusi ustalıqla davam etdirilir.

Eyni zamanda, tədbirdə Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyinin müavini Yelena Beley də çıxış etmişdir. O, Moldova-Azərbaycan ikitərəfli münasibətlərinə toxunaraq, həmin əlaqələrin hazırda yüksələn templə inkişaf etdiyini bildirmiş və bu inkişafa öz silinməz töhfəsini vermiş dahi siyasətçi Heydər Əliyevin xüsusi rolunu qeyd etməklə, onun Moldova Respublikasına rəsmi səfərini xatırlamış və səfərlə əlaqəli təəssüratlarını tədbir iştirakçıları ilə bğlüşmüşdür.

Daha sonra konsert başlamışdır. Konsertdə dünyaca məşhur bəstəkarların əsərləri ifa olunmuşdur.

Eyni zamanda, Orqan zalın foyesində Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş sərgi təşkil olunmuşdur.

Səfirliyin mətbuat xidməti

 

Arxiv üzrə axtarış