2018-10-08

GUAM hökumət başçıları görüşü

Cari ilin 05 oktyabr tarixində Moldova Respublikasının Kişinau şəhərində GUAM üzv dövlətlərinin Hökumət Başçılarının görüşü keçirilmişdir. Görüşdə üzv dövlətlərin: Azərbaycan, Ukrayna (baş nazir Vladimir Qroysman), Gürcüstan (baş nazir Mamuk Baxtadze) və Moldova (baş nazir Pavel Filip) rəsmiləri iştirak etmişlər. Azərbaycan Respublikasını aşağıda göstərilən tərkibdə nümayəndə heyəti təmsil etmişdir: Əli Əhmədov-Azərbaycan Respublikası Baş nazirinin müavini-nüamyəndə heyətinin başçısı; Əsgər Abdullayev –Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini; Azər Xudiyev- Azərbaycan Respubliaksının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, GUAM yanında AR-in daimi nümayəndəsi; Qüdsi Osmanov-Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri; Leyla Orucova-Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin müşaviri; Rəşad Novruzov-Azərbaycan Respublikası XİN-in İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin regional əməkdaşlıq şöbəsinin müdiri; Samir Allahverdiyev-Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin II katibi.

Görüşün sonunda protokol imzalandı.             

Arxiv üzrə axtarış