2018-10-26

Milli İncəsənət Muzeyi beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Milli İncəsənət Muzeyi və Moldovanın Milli Təsviri İncəsənət Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və Moldovanın Milli Təsviri İncəsənət Muzeyinin icraçı direktoru Tudor Zbarnea imzalayıblar.

Milli İncəsənət Muzeyindən AZƏRTAC-a bildirilib ki,

1 Zbarnea imzalanan sazişin mühüm hadisə olduğunu və bunun gələcəkdə iki dövlət arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə, təcrübə mübadiləsinə öz layiqli töhfəsini verəcəyinə əminliyi ifadə edib.

Müqavilə çərçivəsində qarşılıqlı elmi-tədqiqat fəaliyyətinin və bərpa-konservasiya işinin aparılması, muzey əməkdaşları arasında təcrübə mübadiləsi, birgə və çarpaz sərgilərin hazırlanması nəzərdə tutulub. Eləcə də, bu əməkdaşlıq müqaviləsi Azərbaycanda Moldova mədəniyyətinin və Moldovada Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edəcək.

Mərasimdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev əlaqələrin genişləndirilməsi və iki ölkə muzeyləri arasında nəzərdə tutulan əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bu mədəniyyət müəssisələrinin ciddi əməkdaşlıq əlaqələrini hədəflədiyini bildirib. Onun sözlərinə görə saziş iki xalq arasında dostluq münasibətlərini möhkəmləndirəcək.

İmzalanma mərasimində Moldovanın ölkəmizdəki səfiri George Leuka, Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanov iştirak ediblər.

Arxiv üzrə axtarış