2018-12-10

International Charity Bazaar

International Charity Bazaar

Cari ilin 09 dekabr tarixində Moldova Respublikasının paytaxtı Kişineu şəhərində Moldova Respublikası beynəlxalq qadın klubunun təşkilatçılığı və xarici ölkələrin Moldova Respublikasında akkreditə olunmuş Səfirlik və Baş Konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin, həmçinin Moldova Respublikasının bir sıra ictimai qurumlarının iştirakı ilə XXII Beynəlxalq Milad Xeyriyyə Yarmarkası (“International Charity Bazaar”) adlı tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi və Moldova azərbaycanlıları Konqresi də fəal iştirak etmişdir. Qeyd edək ki, tədbirdə Azərbaycan stendi qurulmuş, stend ölkənin milli rəmzi olan bayraqla bəzədilmiş və Azərbaycan mətbəxinə məxsus şirniyyatlar, yeməklər, çay,  milli kəlağayı və s. nümayiş olunmuşdur. Mərasimin sonunda satışdan əldə olunan vəsait iştirakçılar tərəfindən xeyriyyə məqsədi ilə təşkilatçıya təhvil verilmişdir.

Bildiririk ki, bu tipli tədbir hər il Moldova Respublikasında keçirilir və xeyriyyə məqsədi daşıdığından, əldə olunan pul vəsaiti onkoloji xəstəliyi olan və vaxtından əvvəl dünyaya gəlmiş xəstə uşaqların, həmçinin xüsusi yardıma ehtiyacı olanların ehtiyaclarını ödəmək üçün sərf olunur.

Arxiv üzrə axtarış